Bakıda maşın qadını vurub öldürdü
Gündəm / Hadisə
6-05-2020, 11:24
Bakıda ölümlə nəticələnən qəza baş verib.
Hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb.
Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevə məxsus parklanmış "Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
