Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi
Gündəm / Hadisə
16-05-2020, 10:12
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan dörd vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib.
Qafqazinfo-nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Ə.Nağıyevlə birlikdə DSX-nin Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil dəstə tərəfindən rüşvət alma maddələri ilə ittiham olunur.
