Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Star Kids Group şirkəti ilə birlikdə "Uşaqdan uşağa" adlı xeyriyyə tədbiri keçirildi.

Gündəm / Mədəniyyət / Video
25-05-2020, 13:37
 
Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Star Kids Group şirkəti ilə birlikdə "Uşaqdan uşağa" adlı xeyriyyə tədbiri keçirildi.

Star Kids Group şirkətinin növbəti   xeyriyyə aksiyası Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, və Azərbaycanın birinci peşəkar modelyer-rəssamı  Fəxriyyə Xələfovanın təşəbbüsü ilə  baş tutdu. Star Kids Group  şirkətinin rəhbəri Aygün Əliyevanın və Fəxriyyə Xələfovanın rəhbərərliyi ilə  "Uşaqdan -uşaga "  adlı xeyriyyə kompaniyası  Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin xüsusi qayğıya və mənəvi dəstəyə ehtiyacı olan körpələri sevindirdilər Hər zaman  az yaşli və yeniyetmə gənclərlə möhtəşəm layihələr təqdim edən Star Kids Group Şirkətinin balaca modelləri bu dəfə müqəddəs Ramazan ayında siganacaqda yaşayan dostlarının ziyarət etdilər. Balaca dostlarina təqdim etdikləri geyim və oyuncaq hədiyyələri onlarin sevincinə səbəb oldu. Kõrpələrinə ana qayğısı ilə yanaşan  Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya mərkəzinin rəhbəri Kəmalə xanim da öz növbəsində başda dövlət başçısı olmaqla, həmçinin tədbirin təşəbbüskarı Fəxriyyə xanıma, Star Kids Group rəhbəri Aygün xanıma və onun körpəlikdən mərhəmət hissi ilə böyüyən  model yarışmasının iştirakçıları- Ümüd Aslanlı, Nilay Qarayeva , Solmaz Tagizadə , Fatimə Məmmədova , Fatimə Hüseyn, Nigar Xanlarova , Nigari Qasımzadə , Ayla Sərdarova, Riyad Yusifov, Yusif Əliyev, Cəmil Gülmətli Fatimə Əlisoy  Ayla Qarayeva , Sevinc Qarayeva və Raul Qazizadəyə öz dərin minnətdarlığını bildirdi.
"Gəlin övladlarımızı elə körpəlikdən  mərhəmətli, sədaqətli böyütməyə çalışaq,belə marifləndirici xeyirxah aksiyaları mütəmadi kecirməyi unutmayaq" deyən Star Kids Group MMC nin rəhbəri  Aygün Əliyeva yaxin gələcəkdə  onlarla yenidən göruşüb dəstək olacaqlarini söylədi.
 
Lalə Qəzənfər

 Xeberekspress.az