Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ

Gündəm
9-06-2020, 20:06
Kütləvi yoluxmaların əsas səbəbi açıqlandı - RƏSMİ
 

"Azərbaycanda koronavirusa kütləvi yoluxmalar ictimai nəqliyyatda, iaşə obyektlərində məsafənin saxlanılmaması, marketlərdə növbələrin gözlənilməməsi nəticəsində baş verib”.

 

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.