Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO

Gündəm / Mədəniyyət
Bu gün, 16:21
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldılıb - FOTO

Xalq artisti Arif Babayevin I Fəxri xiyabanda – məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.

Abidənin müəllifi Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.

Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.

Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.