Ceyranbatan su anbarı yaxınlığında yanğının söndürülməsinə 2 helikopter cəlb edilib

Gündəm / Hadisə
11-06-2020, 12:59
 

Ceyranbatan su anbarı yaxınlığında yanğının söndürülməsinə 2 helikopter cəlb edilib

 

 

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəldə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin MehdiyevaAPA-ya bildirib ki, yanğının söndürülməsi üzrə əməliyyata nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub.

***

 

saat 11:45

 

Ceyranbatanda kol-kos yanır.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Əlavə məlumat veriləcək.