Prezident onu “Dostluq” ordeni ilə təltif etdi

Gündəm
13-06-2020, 16:25

Prezident onu “Dostluq” ordeni ilə təltif etdi

 

Prezident İlham Əliyev Maqomedali Maqomedoviç Maqomedovun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncam AZƏRTAC-da dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin, Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov "Dostluq” ordeni ilə təltif edilib.