QOBUSTAN RAYON MƏRKƏZİ XƏSTƏXANANIN BAŞ HƏKİMİ EMİN HÜSEYN TƏRƏFİNDƏN DÖZÜLMƏZ HƏDDƏ CATAN RAYON SAKİNLƏRİ

Xeberekspress.az xəbər verir ki, redaksiyamıza müraciət edən təkrar və yeni məlumatlar verən iddiaçılar baş həkim Emin Hüseyn barəsində öz şikayətlərini dilə gətiriblər.
Belə ki, onların sözlərinə görə, baş həkim vətəndaşın ünvanına saxta sənəd göndərir, işdən çıxardığı və ya çıxarmaq istədiyi işçilərin yerinə pul alaraq işçi götürür, xəstəxananın tabeçiliyində olan nəqliyyat vasitələrini istifadədən çıxararaq onları öz mənafeyi üçün istifadə edir və tanıdığı şəxs və ya şəxslərin əli ilə mülklər əldə edir.
Şikayətçilərdən Qobustan rayon sakini Lətifov İmamxanın şikayətləri barəsində öncəki xəbərlərimizdə məlumat vermişdik. Lətifov İmamxan verdiyi məlumatlar mediada yayımlandıqdan sonra xəstəxanadan Emin Hüseynin adından üzərində hansısa möhrün və imzanın olmadığı sənədin ona göndərildiyini Xeberekspres.az-a bildirib.
Bundan sonra komandamız dərhal şikayətçi ilə görüşərək ona suallar ünvanlayıb və daha ətraflı məlumatlar əldə ediblər.
Bundan başqa komandamız öncəki xəbərlərdə şikayətləri haqqında məlumat verdiyimiz Səfərova Dursun Tullan qızı ilə də görüşərək ondan müsahibə alıblar və baş həkim Emin Hüseyn barəsində səsləndirdiyi iddialardan danışıblar və baş həkimin onu necə, nə üçün cəzalandırmağa çalışmasını öyrəniblər.Şikayətçilərdən bir digəri isə Qobustan rayon sakini Mürşüdov Müdət redaksiyamıza öncəki xəbərlərdən birində yayımladığımız video müsahibəni vermişdi. Hansı ki, o, övladının baş həkim Emin Hüseynin laqeyd yanaşması səbəbi ilə oğlunun ağır xəstə olduğunu və ölümdən döndüyünü bildirmişdi. O, təkidlə Xeberekspres.az-a müsahibə vermək istədiyi üçün komandamız onunla da görüşüb və o da ona qarşı edilən haqsızlıqlardan və edilən qanunsuz əməllərdən danışıb.
Əlavə olaraq isə Lətifov İmamxan redaksiyamıza baş həkim Emin Hüseynin qeyri qanuni mənimsədiyi pullar hesabına özünə qurduğu şəraiti və bunu hansı yollar ilə etdiyini əks etdirən görüntülər göndərib.
Qeyd edək ki, Xəbərekspress.az saytının rəhbəri Ruhiyyə Eldar qızı məsələ ilə bağlı Qobustan rayon deputatı Şahin Seyidzadə ilə əlaqə saxladıqda, deputat ona bildirib ki:
"Biz artıq şikayətlərlə bağlı bir neçə şikayət edən vətəndaşla əlaqə qurmuşuq. Həmin vətəndaşların müraciəti qəbul olub olunmamasını yoxlayırıq.”
Şikayətçilər isə həqiqətən Şahin Seyidzadənin onlarla maraqlandığını və şikayətlərini dinlədiyini bildiriblər.
Xəbərekspress.az saytının rəhbəri Ruhiyyə Eldar qızı Qobustan rayon deputatı ilə əlaqə saxladığı zaman deputatdan xoş münasibət görməsinə baxmayaraq baş həkim Emin Hüseyn onu dövlət əleyhinə əməl törətməkdə günahlandırır. Məsələnin absurdluğu ortadadır və aşkardır.
Artıq müəyyən qurumlar tərəfindən məsələ nəzarətə götürülüb və araşdırmalar aparılır. Ümid edirik ki, tezliklə bütün haqsızlıqlar üzə çıxacaq və bütün bunlara lazımi hüquqi dəyər veriləcək.