Azərbaycanda icra başçısı koronavirusa yoluxdu - Bina karantinə alındı

Gündəm
19-06-2020, 13:04

Azərbaycanda icra başçısı koronavirusa yoluxdu - Bina karantinə alındı

 

 Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Hazırda İcra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Goranboy İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətlərini məsafədən həyata keçirirlər.(Virtualaz.org)