Koronavirusa yoluxmuş icra başçısının müavini vəfat etdi

Gündəm / Hadisə
20-06-2020, 11:44
 
 

Koronavirusa yoluxmuş icra başçısının müavini vəfat etdi

 

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

Bu barədə "Report"a onun müalicə edildi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.

 

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib:"Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi".