Biləsuvarda “Toyota” motosikletlə toqquşdu, bir nəfər öldü

Gündəm / Hadisə / Bölgə
22-06-2020, 21:29
Biləsuvarda “Toyota” motosikletlə toqquşdu, bir nəfər öldü
 

Biləsuvarın Nərimankənd kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, Səmədavad kənd sakini, Qasımov Vasif Asif oğlunun idarə etdiyi "Toyota” markalı minik avtomobili ilə Nərimankənd kənd sakini Nəzərov Ramin Xanhüseyn oğlunun idarə etdiyi motosiklet toqquşub.

 

Qəza nəticəsində motosikletin sürücüsü R.Nəzərov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.