Gəncədə yanacaqdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ

Gündəm / Hadisə / Bölgə
13-07-2020, 13:11
 

Gəncədə yanacaqdoldurma məntəqəsində GÜCLÜ PARTLAYIŞ

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN  verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.