Tovuzdakı mağazalar Ordumuza belə dəstək oldu

Gündəm / Bölgə
17-07-2020, 17:54

Tovuzdakı mağazalar Ordumuza belə dəstək oldu

 

Tovuzda fəaliyyət göstərən mağazalar hərbçilər üçün bütün məhsulları pulsuz edib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Bəxtiyar Firuzə qeyd edib.

O bildirib ki, hərbi qulluqçuların mağazaya olan borclarını belə mağaza sahibləri silib:

"Artıq 3 gündür Tovuzda bütün mağazalarda satılan məhsullar hərbçilər üçün pulsuzdur. Ərazidə kirayə qalıb, mağazaya borcu olan hərbi qulluqçuların bütün borcları bağlanıb. Millətimə qurban olum”.