Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA

Gündəm / Hadisə
7-08-2020, 17:30

Azərbaycanda yeni doğulmuş körpə oğurlanıb? - YENİLƏNİB + RƏSMİ AÇIQLAMA

 

"Azərbaycanda ananın xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlanması iddiasi ilə bağlı toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndəriləcək”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

16:31

 

Azərbaycanda ana xəstəxanada dünyaya gətirdiyi uşağının oğurlandığını iddia edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Zabrat qəsəbə sakini bildirib ki, 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirib.

O iddia edir ki, övladı ondan xəbərsiz satılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı TƏBİB-ə şikayət daxil olmayıb:

"Bu, hüquq-mühafizə orqanlarının işidir. Əgər iddia doğrudursa, yəqin ki, araşdırılar”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə bildirib ki, hazırda sosial şəbəkələrdə yayılan məlumatla bağlı araşdırma aparılır.