HƏYATI BAHASINA HƏYAT QURTARANLAR
Gündəm / Video
20-08-2020, 10:55
İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində 18-19 Avqust
tarixlərində COVİD-19 qlobal pandemiyası dövründə "Azərbaycan və İran
həkimlərinin fədakarlığı iki ölkə yeniyetmələrinin baxışında" adlı onlayn sərgimüsabiqənin və eyni zamanda "Həyatı Bahasına Həyat Qurtaranlar" adlı
onlayn foto sərginin mükafatlandırma mərasimləri keçirildi.
Mərasimdə hər iki ölkənin koronavirusla mübarizə aparan həkimləri, hər iki
ölkənin media nümayəndələri və yeniyetmə rəssamları iştirak edirdilər.
Mükafatlandırma mərasimi COVİD-19 qlobal pandemiyası dövründə
həyatlarını itirən koronavirus qurbanlarının və koronavirusla mübarizədə
şəhid olan həkimlərin, tibb işçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad
etməklə başladı. İİR-nın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin
sədri Əsğər Farsi çıxışında Azərbaycan və İran dostluğunun tarixindən söz
açaraq COVİD-19 qlobal pandemiyası zamanı İran xalqına ilk kömək edən
məhz Azərbaycanın olduğunun və bunun iki ölkənin qədim və dərin dostluq
dəyərlərinə söykəndiyini nəzərə çatdıraraq minnətdarlıq etdi. Ölkələrimiz
arasında mədəni əlaqələrinin daima yüksək səviyyədə inkişafı üçün belə
layihələrin həyata keçirilməsinin vacibliyini nəzərə çatdıraraq Yasamal rayon
Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərovaya və hər zaman
bir-birindən dəyərli ölkələrarası dostluğun inkişafına xidmət edən layihələri
ilə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, təşkilatçı Elnurə və
Aygün İsgəndərovalara təşəkkürünü bildirdi.
Sonra çıxış edən Yasamal rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi
Günel Həsənova öncə layihə iştirakçılarını təbrik etdi və əməyi olan hər kəsə
təşəkkürünü bildirdi. Günel xanım Yasamal rayon Heydər Əliyev Mərkəzinin
koronavirus pandemiyası dövründə bir çox səfirliklərlə birgə əməkdaşlıq
edərək onlayn sərgi-müsabiqələr, bir sıra sosial layihə və tədbirlər həyata
keçirtdiyini nəzərə çatdıraraq belə gözəl layhələrin davamlı olmasını arzu etdi.
Öz növbəsində layihə rəhbəri Elnurə İsgəndərova və təşkilatçı Aygün
İsgəndərova həyatlarını riskə ataraq xidmət göstərən həkimlərə, polislərə,
hərbçilərə və layihələrdə əməyi olan, iştirak edən hər kəsə dərin təşəkkürlərini
bildirdilər.
Daha sonra layihələrin iştirakçıları olan həkimlərin, media
nümayəndələrinin, yeniyetmə rəssamların mükafatlandırma mərasimi
keçirildi.

















