Lotu Qulinin cənazəsi ailəsinə təhvil verildi - Video

Gündəm
20-08-2020, 21:40
 
 

Lotu Qulinin cənazəsi ailəsinə təhvil verildi - Video

 

Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

Musavat.com  xəbər verir ki, Lotu Qulinin tanışları morqun önünə toplanıb.

Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazıb. Lakin qanuni oğrunun Bakıda, Bakıxanov qəbiristanlığında dəfn ediləcəyinə dair məlumatlar var.

Nadir Səlifovun yaxını Bəxtiyar Muradov jurnalistlərə, "Türk dövləti günahkarlarını mütləq tapacaq. Vuran da nəzarətdədir, sürücü də nəzarətdədir. Başqa bir şey haqqında danışmaq istəmirik", - deyə bildirib.