Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO

Gündəm
21-08-2020, 17:11

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 162 yeni yoluxma - FOTO

 

 


Azərbaycanda koronavirus infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5986 test aparılıb.

Aktiv xəstə sayı isə 1727 nəfərdir.