Sumqayıtda səkkiz yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb

Gündəm / Hadisə
5-09-2020, 15:05
Sumqayıtda səkkiz yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb
 


Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, şəhərin 4-cü mikrorayonunda 2012-ci il təvəllüdlü Ağazadə Zəhra Vüqar qızı ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxılıb.

Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.