Yolu keçmək istəyirdi, maşın vurub öldürdü

Gündəm / Hadisə
12-09-2020, 16:27
 

Yolu keçmək istəyirdi, maşın vurub öldürdü

 

 

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi "Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb. 

 

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.