Tramp Əsədi öldürmək əmrini XATIRLADI
Gündəm / Dünya
15-09-2020, 17:57
ABŞ prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədi öldürmək planının olduğunu xatırlayıb.
Xeberekspress.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci ildə Dəməşq yaxınlığında dinc sakinlərə qarşı kimyəvi silahın istifadə olunması barədə xəbər aldıqdan sonra Tramp Suriya liderinin məhv olunması fikrinə düşüb.
Amma o zamanlar Pentaqon rəhbəri Ceyms Mettisin təkidi ilə o bu plandan imtina edib.
"Ceyms Mettis zəif lider və şişirdilmiş generaldır. O, İŞİD-lə mübarizədə öz vəzifələrini icra etmədi. Onun gedişindən sonra İŞİD-dən xilas olduq”-deyə Tramp jurnalistə açıqlamasında deyib.
