Bakıda tikiş sexi və ona bitişik anbarda YANĞIN
Gündəm / Hadisə / Bölgə
18-09-2020, 18:44
Bakı şəhərinin Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
