Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı

Gündəm
18-09-2020, 18:59
Müəllimlərin əlavə yerləşdirmə mərhələsi başladı
 

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsi başlayır. 

 

Bu barədə  Təhsil Nazirliyindən bildirilib. Verilən məlumata görə, sentyabrın 18-i saat 18:00-da ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə mərhələsinə start verilir.

 

Hazırkı yerləşdirmə mərhələsinə ümumilikdə 4525 vakant yer (o cümlədən 1242 yeni yaranan vakansiya) çıxarılacaq.