“Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO

Gündəm / Hadisə
19-09-2020, 12:32
 
 

“Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO

 

Bakının Nərimanov rayonunda yanğın olub. 

Bu barədə Oxu.Az-ın redaksiyasına videogörüntülər göndərilib. Hadisənin "Ulduz” metrostansiyasına gedən yolda baş verdiyi qeyd olunub. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qeydə alınan hadisə təkər tullantılarının yandırılması ilə bağlı olub.

Əraziyə Nazirliyin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib və yanğın söndürülüb. 

<iframe src="https://player.baku.tv/embed/24767" width="560" height="315" frameborder="0" allowfullscreen></iframe>