Daha 10 şagirddə və 2 təhsil işçisi koronavirusa YOLUXDU

Gündəm
26-09-2020, 17:04
 Daha 10 şagirddə və 2 təhsil işçisi koronavirusa YOLUXDU
 

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

 

Təhsil Nazirliyindən  verilən məlumata görə, sentyabrın 26-də 56 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

 

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb. Daha 1 sinif distant təhsilə keçirilib.

 

Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb.

 

İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.