Ukraynada 26 nəfərin ölümünə səbəb olan təyyarənin qəza anı - ANBAAN VİDEO
Gündəm
26-09-2020, 17:29
Ukraynanın Xarkov vilayətində 26 nəfər öldüyü hərbi təyyarənin qəza anının görüntüləri yayılıb.
Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko "Facebook”da sözügedən videonu paylaşıb.
Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada
Son anda təyyarədən tullanmağı bacaran bir kursant xilas olub: O, hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.
<embed src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fanton.gerashchenko.7%2Fvideos%2F3337807929639364%2F&show_text=0&width=560" width="560" height="316" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true" allowFullScreen="true"><embed>
