İctimai TV həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıracaq

Gündəm / Maraqlı
30-09-2020, 11:47
 
 İctimai TV həftədə bir dəfə Milli Məclisin fəaliyyətini  işıqlandıracaq

Oktyabrin 1-dən İctimai TV-də həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıran 45 dəqiqəlik veriliş yayımlanacaq”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

 

O bildirib ki, həmçinin Milli Məclisdə işəqəbulla bağlı da ilk dəfə komissya yaradılıb:

 

"Milli Məclisin İşlər Idarəsində yardımçı vəzifələrdə çalışan əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Eyni zamanda Milli Məclisin Aaratınfa nöqsanların araşdırılması və aşkara çıxarılması üçün Milli Məclisin katibliyində icraya nəzarət komissiyası yaradılıb. Aparatda 8 nəfərdən 3 nəfərə, İşlər idarəsində 23 nəfərdən 2 nəfərə endirilib. Nazirlər Kabinetinin 120 saylı qərarına uyğun olaraq minik avtomibilləri üçün yürüş hədləri müəyyən edilib. Eyni zamanda ezamiyyətlər üçün xüsusi qrafik hazırlanıb”.