Ermənilər Ağdamın Baharlı qəsəbəsini atəşə tutub, yaralılar var

Gündəm / Bölgə
15-10-2020, 09:32
 
 

Ermənilər Ağdamın Baharlı qəsəbəsini atəşə tutub, yaralılar var

 

Ermənistan silahlı qüvvələri Ağdam istiqamətində yaşayış məntəqələrini intensiv atəşə tutmağa davam edir.


APA xəbər bverir ki, hazırda rayonun məcburi köçkünlərin kompakt məskunlaşdırıldığı Baharlı qəsəbəsi atəşə tutulur.


Nəticədə 1979-cu il təvəllüdlü Musayev Roman Yusif oğlu, 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu yaralanıb.

 

Onların hər ikisi məcburi köçkündür.