Rusiyada növbəti koronavirus peyvəndinin istehsalına başlanıldı

Gündəm / Dünya
27-10-2020, 13:49
Rusiyada növbəti koronavirus peyvəndinin istehsalına başlanıldıRusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə növbəti peyvəndin istehsalına başlanılıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə "Rospotrebnadzor” məlumat yayıb.
 

İstehsalına başlanılan peyvəndin adı "EpiVakKorona” adlanır.

Xatırladaq ki, Rusiyada bundan əvvəl "Sputnik V" adlı peyvəndin istehsalına başlanılıb.