ABŞ-da Trampın əleyhinə etirazlar başlayıb - VİDEO

Gündəm / Dünya
4-11-2020, 11:11
 
ABŞ-da Trampın əleyhinə etirazlar başlayıb - VİDEO
 
ABŞ-ın bir sıra şəhərlərində yerli sakinlər hazırkı prezident Donald Trampa qarşı etiraz aksiyaları keçiriblər.

REN TV xəbər verir ki, Nyu-Orlean və Portlend şəhərində insanlar küçələrə çıxıb.

Həmçinin Vaşinqtonda da hüquq-mühafizə orqanları ilə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Bu gündən etibarən bir qrup insanın Ağ Evin yaxınlığında toplaşdığı da müşahidə edilib.

<embed src='https://player.baku.tv/embed/27420' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>