Koronavirusla mübarizə aparan tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadıldı

Gündəm
5-11-2020, 21:20

Koronavirusla mübarizə aparan tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadıldı

 

Nazirlər Kabineti "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.