Xəzər dənizində zəlzələ olub
Gündəm / Sosial
Bu gün, 10:09

Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağının dərinliyi isə 19 kilometr olub.