Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu

Gündəm / Dünya
11-11-2020, 20:10
 

Erməni müxalifəti Paşinyana istefa üçün vaxt qoydu

 

 

Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib.

 

Bu barədə Rusiyanın "Vzqlyad” nəşri məlumat yayıb.

"Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz 00:00-a qədər gözləyəcəyik, əgər istefa olmasa, gecəyarısından sonra mətbuat konfransı çağıracağıq və gələcək addımlarımızı təqdim edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə "Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.