Şəhid Amal Alışanlınln xatirəsinə Biləcəridə Abidə Bulaq kompleksinin açılışı olub

Gündəm / Video
18-11-2020, 13:30
 

Müzəffər ordumuz, Ali Baş Komandanının rəhbərliyində torpaqlarımızı düşmən tapdağından azad elədi... Və Mədəniyyət beşiyimiz Şuşa başda olmaqla, Qarabağ vətənə, bizə qayıtdı.. Eşq olsun Ali Baş Komandana! Eşq olsun rəşadətli Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan Xalqı!

Şəhid ailəsi, şəhid anası, şəhid atası, şəhid babası, şəhid məzarı - odlar yurdunun hər guşəsindən hər zaman qürurla söylənilən bu müqəddəs sözlər, hər birimizin dilində fəxarət hissi ilə səslənir.

Şəhidlərin adına xatirə bulaqlar, küçələr, məktəblər var. Ölkəmizdə, şəhidlik hörmət və ehtiramın ən ali məqamı səviyyəsinə ucalıb.

Bəli, belə şəhid igid oğullarımızdan biri də, Yardımlı rayonundan oldu,  qəhrəman şəhid  - Alışanlı Amal Seyfəddin oğlu! Allah sənə rəhmət eləsin!

Yardımlı rayonundan olan şəhidimiz Alışanlı Amal adını əbədiləşdirmək üçün ailə üzvlərindən babası, paytaxt Başı şəhərinin Biləcəri qəsəbəsində, Amal xatirəsinə "Abidə Bulaq” kompleksi tikdirib..

Şəhid Amal Alışanlı adına Biləcəridə tikilən "abidə bulağın” açılışı olub, qəsəbə sakinləri iştirak edərək, Qarabağ uğrunda gedən 44 günlük döyüşlərimizdə  şəhid olan bütün şəhidlərimizn ruhlarını yad etmək məqsədilə bir dəqiqəlik sükut edərək, şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid Alışanlı Amal Seyfəddin oğlunun yaxınlarına, babasına baş sağlığı veriblər...

Allah sizə rəhmət eləsin, qəhrəman şəhidlər!