Təhsil şöbəsinin müdiri iş otağında öldü

Gündəm / Hadisə
19-11-2020, 18:08
 

Təhsil şöbəsinin müdiri iş otağında öldü

 

 

Göyçay rayon Təhsil şöbəsinin müdiri dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, şöbə müdiri, 1965-ci il təvəllüdlü İsmayılov Elnur Siracəddin oğlu iş otağında olarkən qəfil halı pisləşib. Şöbə əməkdaşları onu təcili Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, şöbə müdirinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq E.İsmayılov dünyasını dəyişib.