ŞƏHİDLƏR HEÇ VAXT ÖLMÜR
Gündəm / Video
25-11-2020, 08:42
Hüseyov Xaliq Kamil oğlu. Sentyabrın 20-də Bakının Nardaran kəndində anadan olub. 18 yaşlı Xaliq 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Azərbaycan respublikasının N.saylı Hərbi hissəsində xidmət edən Xaliq Hüseynov Vətənə,millətə sevgisi ilə nümunəvi bir əsgər kimi hörmət qazanıb. 2020-ci ilin sentyabrın 27-də müzəffər Azərbaycan ordusunun Ermənistana qarşı uğurlu əks hücumu başlananda gənc Xaliq 9 ayın əsgəri idi. Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda geden döyüşlərdə böyük şücaət göstərib. 2020-ci ilin Oktyabrın 16-sında Xaliq Hüseynov Füzuli şəhəri uğrunda geden ağır döyüşlərdə qəhramancasına şəhid olub.
19 yaşlı şəhidin qanı yerdə qalmadı. Rəşadətli Azərbaycan ordusu 1 gün sonra oktyabrın 17-sində Ermənistan ordusunun darmadağın ederek Füzuli şəhərini işğaldan azad etdik canını vətən uğrunda fəda edən Xaliq Hüseynovun elə həmin günü oktyabfın 17-sində doğulduğu Nardaran kəndində dəfn mərasimi keçirildi. Xaliq Hüseynov Nardaran kəndində Rəhimə Xanım ziyarətgahının giriş qapısının yanında dəfn edildi ALLAH rəhmət etsin
.
