Laçın həsrətlilərinin qələbə sevinci:
Gündəm / Sosial
1-12-2020, 15:00
Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Sumqayıt şəhərində bayram yürüşü başlayıb. Müraciətdən sonra Avtomobillərin üzərinə Azərbaycan, Türkiyə bayraqları asmış yürüş iştirakçıları "Laçın azaddır”, "Qarabağ Azərbaycandır!” şüarları səsləndiriblər. Bu gün Azərbaycan xalqının sevincinin həddi-hüdudu yoxdur. 28 il düşmən işğalında qalan Laçın rayonu işğaldan azad olunaraq, Azərbaycana təhvil verilib. Laçının azad olunması şərəfinə keçirilən yürüşdən fotoları təqdim edirik.
XeberEkspress.az
















