“Uşaqlıq”ın onlayın premyerası keçiriləcək:

Gündəm / Mədəniyyət
4-12-2020, 16:37
 
 

“Uşaqlıq”ın onlayın premyerası keçiriləcək:

 

Sumqayıt Dövlət Dram  Teatrı  COVİD-19 pandemiyası ilə bağlı  elan olunmuş  karantin rejimi dövründən  doğma tamaşaçıları ilə  ünsiyyəti sosial şəbəkə üzərindən gerçəkləşdirir. Artıq xeyli müddətdir ki,  virtual repertuar planımızla   üzərimizə düşən missiyamızı yerinə yetiririk.  Yaradıcılıq prosesinin  dayanmaması üçün rejissorlar   məşqləri onlayn  şəkildə aparır.  Belə vəziyyətlərdə yaradıcı heyət daha çox  kamera əsərlərinə, monotamaşalara üstünlük verir.  
Teatrın baş rejissoru Xalq artisti Firudi Məhərrəmovun gənc yazar  Ülviyyə Heydərovanın  "Uşaqlıq” əsəri əsasında hazırladığı eyni adlı monotamaşanı  istedadlı aktrisa  İlahə Səfərova ifa edir.  Tamaşa sirk artisti olan və sənətini dəlicə sevən  qadının bətnindəki  körpəsi ilə xəyali söhbəti üzəridə  qurulub. Gərgin psixoloji məqamların fonunda  gənc qadının çırpınışları, kritik seçim qarşısında qalışı   İlahə Səfərovanın mükəmməl oyun tərzi ilə   maraq doğurur.   
Sözügedən səhnə əsərinin  13  dekabr, saat 18-də   onlayn premyerası keçiriləcək.

Teatrın mətbuat xidməti.