Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq
Gündəm / Mədəniyyət
Bu gün, 11:52

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, mərhum şairlə əvvəlcə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçiriləcək.
Vida mərasiminin ardınca cənazə I Fəxri xiyabana aparılaraq orada dəfn ediləcək.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə bu gün səhər saatlarında vəfat edib.