Bakıda yaşayış binasında yanğın

Gündəm / Hadisə
9-12-2020, 09:27

Bakıda yaşayış binasında yanğın

 

 

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.