Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi

Gündəm / Hadisə
16-12-2020, 11:01
 

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi

 

"Azərenerji” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Azərenerji” ASC-nin Enerji istehsalı idarəsinin rəis müavini Əli Yusifov bir müddət əvvəl koronavirusa youxub.

 

Həkimlərin bütün səylərinə rəğmən, o, ötən gün koronavirusdan ölüb.