Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapıldı

Gündəm / Bölgə
16-12-2020, 16:23

Füzuli və Cəbrayılda daha 64 erməni hərbçinin meyiti tapıldı

 

Füzuli-Cəbrayıl ərazisində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 64 erməni hərbçinin cəsədi tapılıb.

Bu barədə Armenpress.am xəbər verir.

 

Bildirilir ki, ümumilikdə ölən 892 hərbçinin qalıqları tapılıb. Axtarışlar Füzuli-Cəbrayıl istiqamətində davam edir.

Ölənlərin yaxınlarının axtarışa cəlb edilməsi qərarı da qüvvədə qalır.