Daşkəsəndə maşın dərəyə aşdı: Ölən var

Gündəm / Hadisə
2-01-2021, 14:06

Daşkəsəndə maşın dərəyə aşdı: Ölən var

 

Daşkəsən şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə yanvarın 1-də saat 04:00 radələrində qeydə alınıb.

 

Şəhər sakini S.Alıyev idarə etdiyi "Qazel” markalı avtomobili dərəyə aşırıb.

Nəticədə, sərnişini, həmyerlisi Nəriman Kərimov hadisə yerində ölüb.

Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.