Tramp tərəfdarlarına müraciət etdi: “Hər şey indi başlayır”

Gündəm / Dünya
8-01-2021, 11:01
 
 

Tramp tərəfdarlarına müraciət etdi: “Hər şey indi başlayır”

 

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp Konqres tərəfindən seçki nəticələrinin təsdiqlənməsindən sonra tərəfdarlarını "hər şeyin indi başladığına” əmin edib.

 

Bu barədə dövlət başçısının "Twitter” hesabında yayımlanan videomüraciətində qeyd olunub.

"Ölkəmizin vətəndaşlarına: sizə prezident postunda xidmət etmək şərəf idi. Mənim bütün möhtəşəm tərəfdarlarıma: bilirəm ki, məyus olmusunuz, ancaq həmçinin, istəyirəm biləsiniz ki, bizim inanılmaz səyahətimiz indi başlayır”, - deyə D.Tramp bildirib.