Putinin düşməni Moskvaya qayıdır

Gündəm / Dünya
13-01-2021, 13:12
 
 

Putinin düşməni Moskvaya qayıdır

 

 

Rusiya müxalifətinin əsas siması Aleksey Navalnı Rusiyaya qayıdır.


Xeberekspress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o yanvarın 17-də Moskvada olacağını bildirib. Aleksey Navalnı prezident Vladimir Putinin ən kəskin tənqidçisi və şəxsi düşməni sayılır.

 

Aleskey Navalnı Tomsk-Moskva təyyarə reysində zəhərləndikdən sonra müalicə üçün Almaniyaya aparılmışdı. Onun kimyəvi maddə ilə zəhərlənməsi təsdiqlənib.