Türkiyədə 28 ildir axtarılan terrorçular təslim oldu
Gündəm / Dünya
18-01-2021, 09:07
Türkiyədə 28 ildir axtarılan beş terrorçu təslim olub.
Bununla bağlı "Ahaber” Türkiyə Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Bildirilib ki, silahlılar PKK terror təşkilatının üzvləridir.
Məlumatlara görə, onlar 1993-2015-ci illərdə Türkiyə, İraq və Suriyada PKK tərəfindən təşkil edilən bir sıra terror aktlarında iştirak ediblər.
