Bakıda yaşayış binasında yanğın, zəhərlənən var
Gündəm / Hadisə
5-02-2021, 09:50
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Xeberekspress.az xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb.
Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
