Pentaqon ABŞ qüvvələrinin dünyadakı yerini təhlil edəcək

Gündəm / Dünya
5-02-2021, 10:21
 
 

Pentaqon ABŞ qüvvələrinin dünyadakı yerini təhlil edəcək

 

Pentaqon ABŞ ordusunun yerləşdiyi əraziləri nəzərdən keçirəcək.

Bu barədə ölkənin yeni Müdafiə naziri Lloyd Austin bildirib.

Onun açıqlaması Pentaqonun rəsmi saytında yayımlanıb:

 

"Hesabatda baş komandana hərbi maraqların milli maraqlara uyğun şəkildə necə paylanacağına dair tövsiyələrim yer alacaq”.

Eyni zamanda, nazir təhlil zamanı Pentaqonun ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr aparacağını da əlavə edib.

Lakin açıqlamada ABŞ qüvvələrinin bölgüsündə heç bir mümkün dəyişiklik göstərilməyib.