Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi - FOTO

Gündəm / Hadisə
13-02-2021, 10:23
 Daha bir itkin düşən əsgərimizin şəhid xəbəri gəldi - FOTO

Daha bir itkin düşən əsgərimizin nəşi tapılıb.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, Vətən müharibəsinin iştirakçısı, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlunun şəhid xəbəri gəlib.

 

Qeyd edək ki, ailəsi oktyabrın 1-dən Cavidandan xəbər ala bilmirdi. 

Şəhidimiz bu gün İmişli rayonunda dəfn olunacaq.