İkinci kurs tələbəsi yol qəzasında öldü
Gündəm / Hadisə
12-03-2021, 21:46
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi İsmayılova Şəbnəm Qabil qızı yol-nəqliyyat hadisəsinin qurbanı olub.
"Qafqazinfo” xəbər verir ki, o, bu gün Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində avtomobil qəzasında faciəli şəkildə həyatını itirib.
Qeyd edək ki, Şəbnəm İsmayılova ikinci kurs tələbəsi olub.
