Azərbaycanın axtarışa verdiyi iş adamı İstanbulda saxlanıldı - Foto

Gündəm / Hadisə
17-03-2021, 19:43
 Azərbaycanın axtarışa verdiyi iş adamı İstanbulda saxlanıldı - Foto
 

Azərbaycanın İnterpol xətti ilə bütün dünya üzrə axtarışa verdiyi iranlı iş adamı İstanbulda tutulub.

Xeberekspress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fərzad Foroozanmehr İranda və Azərbaycanda inşaat sahəsində bir sıra saxtakarlıqlara görə axtarışda olub.

 

Azərbaycan polisi onun Türkiyədə ola biləcəyini nəzərə alaraq, İnterpol vasitəsilə Türkiyə təhlükəsizlik orqanları ilə əlaqə yaradıb. O, İstanbul polisi tərəfindən Şişlidə saxlanılıb.

F.Foroozanmehrin yaxın günlərdə Azərbaycana təhvil veriləcəyi gözlənilir.